Türkiyədə koronavirusdan daha 93 nəfər öldü, 4846-sı sağaldı

DÜNYA
20:21
30 Aprel 2020
97

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 120 204 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə daha 93 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 3 174-ə çatıb. Həmçinin bu gün 4 846, ümumilikdə isə 48 886 xəstə COVİD-19-a qalib gəlib.

Məlumata görə, bu gün 42 004 test keçirilib və koronavirusa yoluxma faktı 2 615 nəfər artaraq 120 204 olub.

Xəbər lenti