Rusiyada terror aktının qarşısı alındı, ölənlər var
Rusiyanın Yekaterinburq şəhərində terror aktı hazırlayan üç silahlı zərərsizləşdirilib.
Sabah.az xəbər verir ki, bu barədə "TASS"a Milli Terrorla Mübarizə Komitəsinin informasiya mərkəzindən bildirilib.
"Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfində Yekaterinburqda terror aktlarının hazırlığının qarşısı alınıb. Yekaterinburqun Çkalovski rayonunda antiterror əməliyyatı həyata keçirilib. Əməliyyatın gedişatında terror fəaliyyətinə cəlb olunmuş üç quldur zərərsizləşdirilib", - deyə komitədən bildirilib.
Əməliyyatın keçirildiyi yerdə əldəqayırma partlayıcı qurğular və silah-sursat aşkarlanıb.
Daha çox