Dünyada COVID-19-a yoluxanların sayı 3 milyonu keçdi
Dünyada yeni növ koronavirus (COVID-19) aşkarlanan insanların sayı 3 milyon nəfəri keçib.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, dünyada COVID-19-a yoluxmuş insanların sayı 3 018 952 nəfərə çatıb, təxminən 208 min insan ölüb. Son sutka ərzində isə dünyada 66 mindən çox yeni yoluxma faktı qeydə alınıb, 5 376 şəxs ölüb.
Pandemiyaya ən çox yoluxma faktının isə Avropada (1 406 899 nəfər) olduğu bildirilib.
Daha çox