ABŞ-da koronavirus qurbanlarının sayı 60 mini ötdü

DÜNYA
00:57
30 Aprel 2020
117

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirus qurbanlarının sayı 60 mini keçib.

Sabah.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiyadan ölənlərin sayı 60 207 nəfəri ötüb. Ölkədə COVİD-19-a yoluxanların sayı 1 milyondan çoxdur, onların 116 mindən çoxu sağalıb.

Xəbər lenti