Koronavirusun sürətli diaqnostikası üçün yeni ekspress-test hazırlanıb

DÜNYA
23:45
29 Aprel 2020
150

Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın fundamental əsasları” Federal Tədqiqat Mərkəzi koronavirus infeksiyasının sürətli diaqnostikası üçün testlər hazırlayır.

Sabah.az “Poisknews”a istinadən xəbər verir ki, Testlər IgM və IgG anticismlərini aşkar etməyə imkan verir. Qeyd olunur ki, insanda IgM-nin mövcudluğu xəstəliyin aktiv mərhələdə olduğunu, simptomlarsız IgG isə insanın artıq xəstəliyi keçirdiyini və immunitetə malik olduğunu göstərir.

Testin nəticələrini 10-15 dəqiqə ərzində əldə etmək olur. Bu halda laboratoriya avadanlığı və tibbi personalın cəlb edilməsi tələb olunmur.

Test-sisteminin prototipi artıq xəstələr üzərində sınaqdan keçirilib. O, SARS-cov-2-yə qarşı anticisimləri müvəffəqiyyətlə aşkar edib. Bir ay ərzində 100 min testin istehsalı mümkün olacaq.

Xəbər lenti