Rusiyalı nazirdə koronavirus aşkarlandı
Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erk koronavirusa yoluxub.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Tula hökümətindən də təsdiqləyiblər.
Bildirilib ki, nazirin testi müsbət çıxıb. Lakin onun vəziyyəti yaxşı olduğu üçün öz kabinetində özünü təcrid etməyə başlayıb və vəzifəsini davam etdirir. O, nazirlik tərəfindən hazırda görülən işlərin həcmini nəzərə alaraq iş yerində qalmaq qərarına gəlib.
Qeyd olunub ki, indiyə kimi Tula bölgəsində 783 nəfərdə koronavirus aşkarlanıb.
Daha çox