Türkiyədə daha 89 nəfər koronavirusdan öldü, 5231-i sağalıb

DÜNYA
20:40
29 Aprel 2020
44

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 081 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda ölkədə daha 89 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 3 081-ə çatıb.

Nazirin sözlərinə görə, bu gün 43 498 test keçirilib və koronavirusa yoluxma faktı 2 936 nəfər artaraq 117 589 olub. Bu gün 5 231, ümumilikdə isə 44 022 xəstə koronavirusa qalib gəlib.

Xəbər lenti