İranda pandemiyadan ölənlərin sayı 6 minə çatır

DÜNYA
14:24
29 Aprel 2020
96

İranda son sutka ərzində yeni növ koronavirusdan daha 80 nəfər vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Məlumata görə, İranda pandemiyadan ölənlərin sayı 5 957 nəfərə çatıb. Son 24 saatda daha 1 073 yoluxma halı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların sayı 93 min 657 nəfərə çatıb.

Qeyd edək ki, ümumilikdə İranda virusdan sağalanların sayı 73 min 791 nəfərdir.

Xəbər lenti