Dünyada COVID-19 qurbanlarının sayı 202 mini ötdü

DÜNYA
01:48
29 Aprel 2020
85

Dünyada yeni növ koronavirus (COVID-19) qurbanlarının sayı 202 min nəfəri keçib.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, dünyada COVID-19-a yoluxmuş insanların sayı 2 954 222 nəfərə çatıb, 202.5 mindən çox insan ölüb. Son sutka ərzində isə dünyada 76 mindən çox yeni yoluxma, 3932 ölüm faktı qeydə alınıb.

Ən çox yoluxmanın Avropada (1 386 693 nəfər) olduğu bildirilib. Həmçinin qitədə 126 mindən çox insan ölüb.

Xəbər lenti