ABŞ-da koravirusa yoluxanların sayı 1 milyonu keçdi

DÜNYA
00:45
29 Aprel 2020
85

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirus aşkarlanan insanların sayı 1 milyonu keçib.

Sabah.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə COVİD-19-a yoluxanların sayı 1 002 498 nəfərə çatıb, 56 749 şəxs pandemiyanın qurbanı olub.

ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünya ölkələrini xeyli qabaqlayıb.

Xəbər lenti