11 infeksiyaya qarşı peyvəndləmə işləri görülür - Oqtay Şirəliyev

SƏHİYYƏ
22:40
28 Aprel 2020
100

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı olan Səhiyyə naziri Oqtay Şirəliyev Türk Şurasına üzv dövlətlərin Səhiyyə nazirlərinin videokonfrans formatında keçirilən görüşündən danışıb.

Sabah.az xəbər verir ki, bununla yanaşı, O.Şirəliyev ölkə səhiyyəsinin vəziyyəti, peyvəndlənmə, koronavirus pandemiyası dövründə görülən işlərdən söz açıb. Nazir vurğulayıb ki, Azərbaycanda 11 infeksiyaya qarşı peyvəndlər olunur.

Koronavirusla bağlı görülən tədbirlərə gəldikdə isə O.Şirəliyev deyib ki, Azərbaycanda koronavirus testlərinin aparılması ilə bağlı çox unikal sistem yaradılıb:

“Bizdə dəqiq və çevik addımlar atıldı ki, koronavirusun geniş yayılmasının qarşısını ala bildik, xəstəliyin öhdəsindən gəldik. Atılan addımların, önləyici tədbirlərin nəticəsini indi görürük. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da, Azərbaycanın koronavirusla mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib”.

Verilişin tam versiyasını təqdim edirik:

Xəbər lenti