Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı
Çexiyada koronavirus səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentində qərar qəbul edilib.
Bildirilib ki, deputatlar səs çoxluğu ilə 10 saat davam edən müzakirələrdən sonra ölkədə fövqəladə vəziyyət rejiminin mayın 17-dək uzadılmasına qərar veriblər. Lakin hökumət fövqəladə vəziyyət rejimini mayın 25-dək uzatmağı təklif etmişdi.
Qeyd olunub ki, Çexiyada fövqəladə vəziyyət rejimi martın 12-də koronavirusun sürətlə yayılması təhlükəsi səbəbindən tətbiq olunub və bu ayın 30-da başa çatacaqdı.
Daha çox