Türkiyədə daha 92 nəfər koronavirusdan öldü, 5018-i sağalıb

DÜNYA
20:28
28 Aprel 2020
60

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 2 992 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda ölkədə daha 92 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 992-yə çatıb.

Nazirin sözlərinə görə, bu gün 29 230 test keçirilib və koronavirusa yoluxma faktı 2 392 nəfər artaraq 114 653 olub. Bu gün 5 018, ümumilikdə isə 38 809 xəstə koronavirusa qalib gəlib.

Xəbər lenti