Rusiyada koronavirusa yoluxanların sayı İranı keçdi

DÜNYA
12:32
28 Aprel 2020
92

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

Sabah.az xəbər verir ki, ölkənin Operativ Qərargahı son sutka ərzində qeydə alınan statistikanı açıqlayıb.

Məlumata görə, son 24 saatda Rusiyada 6 411 nəfər koronavirusa yoluxub, 73 nəfər isə həyatını itirib.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada (3 075 nəfər) aşkarlanıb.

Rusiyada pandemiyaya yoluxanların sayı 93 min 558 nəfər, ölənlərin sayı 867 nəfər, sağalanların sayı 8 456 nəfərdir. 84 min 235 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, son statistikaya əsasən, İranda koronavirusa yoluxanların sayı 91 min 472 nəfərdir.

Xəbər lenti