Amerikada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Amerika Birləşmiş Ştatları koronavirusa yoluxma hallarının qeydə alındığı statistikada artma sürətinə görə birinci sırada yer alır.
Sabah.az xəbər verir ki, Amerikada qeydə alınan COVID-19-a yoluxma halı 1 milyonu (1 milyon 432) keçib.
Ölkədə son sutka ərzində virusdan ölənlərin sayı 872 nəfər artaraq 56 min 285-ə çatıb.
Amerikanın pandemiyadan ən çox təsirlənən şəhəri Nyu-Yorkdur. Virusa son sutka ərzində yoluxma 3 233 nəfər artaraq 297 min 224-ə, ölüm halı 337 nəfər artaraq 22 min 612-ə çatıb.
İkinci sırada isə Nyu-Cersi ştatı yer alır. Koronavirusa yoluxanların ümumi sayı 111 min 188 nəfər, ölənlərin sayı isə 6 min 044 nəfərdir.
Daha çox