Moskvada daha 44 nəfər koronavirusdan öldü
Rusiyanın paytaxtı Moskvada bu gün daha 44 nəfər yeni növ koronavirusun qurbanı olub.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, bununla da paytaxtda koronavirusdan ölənlərin ümumi sayı 479 nəfərə çatıb.
Qeyd olunub ki, indiyə kimi Rusiyada 87 minə yaxın insan koronavirusa yoluxub, onlardan 800-ə yaxını ölüb, 7 mindən çoxu sağalıb.
Daha çox