Bu dəfə onu koronavirusu yaymaqda suçladılar - Dövlətdən kömək istədi+Foto
Yeni növ koronavirus dünyanı cənginə alarkən Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin arasında “pandemiyanı sən yaydın” davası davam edir.
Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, bu dəfə isə ABŞ-lı idmançı Matye Benassi hədəfə çevrilib. Çinlilər velosipedçini Uhanda COVİD-19-u yaymaqda ittiham edir.
Çin mediasının iddiasına görə, ötən ilin noyabrında Uhanda keçirilən hərbi olimpiadada çıxış edən M.Benassi koronavirusu yayıb.
ABŞ ordusunda çalışan xanım idmançı isə iddiaların yalan olduğunu deyib. O bildirib ki, Çin hökuməti və mətbuatının uydurması olan bu xəbərlərə görə həyatı təhlükədədir. Onun ev və, sosial şəbəkələrdəki ünvanları yayılıb. M.Benassi ABŞ rəsmilərindən kömək istədiyini də bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virusa yoluxanların sayı 3 milyonu keçib.
Daha çox