Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçdi

DÜNYA
22:15
27 Aprel 2020
83

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 3 milyonu keçib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, bu günə olan məlumata görə, indiyə kimi dünyada 3 002 303 nəfər koronavirusa yoluxub. Onların demək olar ki, üçdə biri (973 min) ABŞ-dadır. Yoluxmuşların sayına görə ikinci yerdə İspaniya (229 min), üçüncü yerdə isə  isə İtaliya (199 min) qərarlaşıb.

Xəbər lenti