Türkiyədə koronavirusdan daha 95 nəfər öldü - 4651-i sağaldı

DÜNYA
21:26
27 Aprel 2020
87

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 112 261 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə daha 95 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 900-ə çatıb. Həmçinin bu gün 4 651, ümumilikdə isə 33 791 xəstə COVİD-19-a qalib gəlib.

Məlumata görə, bu gün 20 143 test keçirilib və koronavirusa yoluxma faktı 2 131 nəfər artaraq 112 261 olub.

Xəbər lenti