Bu dərs proqramları qəbul imtahanına salınmayacaq
"11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il də imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı".
Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, tədris olunmayan mövzular imtahana yəqin ki, salınmayacaq: "Son iki ayın dərs proqramlarının qəbul imtahanlarına salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər".
Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur: "Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir".
Daha çox