Dünyada COVİD-19 qurbanlarının sayı - 200 mini keçdi
Dünyada yeni növ koronavirus (COVİD-19) səbəbindən ölən insanların sayı 200 mini keçib.
Sabah.az xəbər verir ki, bu barədə COVİD-19 aşkarlanan ölkələrdəki yoluxma faktları ilə bağlı araşdırma aparan "Worldometer" saytı məlumat yayıb.
Bildirilib ki, indiyə kimi dünyada koronavirus infeksiyasına yoluxanların sayı 2 867 574 nəfərə çatıb, 200 min 400 insan ölüb.
Bildirilib ki, COVİD-19 səbəbindən ən çox ölüm hadisəsinin yaşandığı ölkə 52 838 nəfərlə ABŞ-dır. Ondan sonra isə İtaliya (26 384), İspaniya (22 902), Fransa (22 245), İngiltərə (20 319), Belçika (6 917), Almaniya (5 805), İran (5 650) və Çin (4 632) gəlir.
Daha çox