Türkiyədə daha 106 nəfər koronavirusdan öldü - 3845-i sağalıb

DÜNYA
20:51
25 Aprel 2020
64

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 2 706 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda ölkədə daha 106 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 706-ya çatıb.

Nazirin sözlərinə görə, bu gün 38 308 test keçirilib və koronavirusa yoluxma faktı 2 861 nəfər artaraq 107 773 olub. Bu gün 3 845, ümumilikdə isə 25 582 xəstə koronavirusa qalib gəlib.

Xəbər lenti