Rusiyada daha bir deputat koronavirusa yoluxdu

DÜNYA
20:24
25 Aprel 2020
68

Rusiyalı deputat Dmitriy Novikov koronavirusa yoluxub.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə millət vəkilinin özü məlumat verib.

D.Novikov bildirib ki, koronavirus testi müsbət çıxıb və kompüter tomoqrafiyasından sonra isə ağciyərlərində infeksiya aşkarlanıb. Bu səbəbdən də 50 yaşlı deputat təcili olaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, bundan əvvəl Rusiyada daha bir deputat - Dövlət Dumasının MDB ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov da koronavirusa yoluxub. Ümumilikdə isə qonşu ölkədə 74 588 nəfərdə koronavirus aşkarlandığı bildirilib.

Xəbər lenti