Çin Kimə görə Şimali Koreyaya həkimlər göndərdi
Çin hökuməti Şimali Koreya lideri Kim Jong Unun səhhəti ilə bağlı yayılan şayiələrin ardından Şimali Koreyaya xüsusi tibbi heyət göndərib.
Sabah.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi 3 mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin yüksək səviyyəli nümayəndəsinin rəhbərlik etdiyi heyət aprelin 23-də Şimali Koreyaya gedib. Hələ ki, hər iki dövlətin beynəlxalq qurumları bu məlumata şərh verməyib.
ABŞ Prezidenti Donald Tramp isə Kimin səhhəti il bağlı açıqlamasında yayılan məlumatlara öz münasibətini bildirib:
“Kim Jong Unun yaxşı olmasına ümid edirəm. Şimali Koreya ilə yaxşı münasibətlərimiz var. Əgər xəbərlərdəki kimi bir vəziyyət varsa, bu çox kədərlidir”.
Qeyd edək ki, aprelin 20-də CNN telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən Kimin ürək əməliyyatından sonra səhhətinin ağır olması ilə bağlı informasiya yayıb. Daha sonra bu məlumat öz təsdiqini tapmayıb və Cənubi Koreya hökuməti sözügedən məlumatı təkzib edib.
Daha çox