Türkiyə bayrağını cıran yunan deputat cəzalandırıldı

DÜNYA
09:30
12 Fevral 2020
96

Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb.

Sabah.az İHA-ya istinadən xəbər verir ki, deputatın 4 gün müddətinə parlamentdəki fəaliyyətinə qadağa qoyulub. Həmçinin ona cərimə də kəsilib.

Xatırladaq ki, Avropa Parlamentində yunan adalarındakı qaçqınların vəziyyəti ilə bağlı müzakirələr gedərkən İ. Laqos Türkiyə bayrağını cırıb. Həmin vaxt o bildirib ki, Yunanıstan vətəndaşlarının durumu heç kimi maraqlandırmır, hamı qaçqınları müzakirə edir. O, ölkəsinə Türkiyədən miqrantların gəldiyini dilə gətirib və buna son verilməli olduğunu qeyd edib.

Xəbər lenti