Dünyada COVİD-19-a yoluxanların sayı 2,6 milyonu keçdi - 181 mindən çox ölüm

DÜNYA
00:41
25 Aprel 2020
103

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 2,6 milyonu keçib.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

Bildirilib ki, indiyə kimi dünyada koronavirus infeksiyasına yoluxanların sayı 2 626 321 (bu gün 81,529) nəfərə çatıb, 181 mindən (bu gün 6 260) çox insan ölüb.

Pandemiyaya ən çox yoluxma faktının isə Avropada (1 284 216) olduğu bildirilib.

Xəbər lenti