Moskvada daha 41 koronavirus xəstəsi öldü
Rusiyanın paytaxtı Moskvada bu gün daha 41 nəfər yeni növ koronavirusun qurbanı olub.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, dünyasını dəyişənlər 34-92 yaşlı xəstələrdir. Onların əksəriyyətində digər xəstəliklər də olub.
Qeyd olunub ki, Rusiyada koronavirus aşkarlanan şəxslərin ümumi sayı 68 622 nəfərə çatıb, onlardan 5 mini sağalıb.
Daha çox