Cənubi Afrika Prezidenti canlı yayımda maska taxa bilmədi, əsəbləşdi - Video

DÜNYA
22:46
24 Aprel 2020
84

Cənubi Afrika Prezidenti Siril Ramafosa maraqlı görüntüləri ilə gündəmə gəlib.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, əhalini koronavirusla bağlı məlumatlandırmaq üçün canlı yayım zamanı çıxış edən dövlət başçısı tibbi maskanı taxa bilməyib.

Çətin anlar yaşayan S.Ramafosa nə qədər çalışsa da, maskanı taxa bilməyib. Əsəbləşən dövlət paşçısı kameralar qarşısından kənarlaşıb.

Qeyd olunub ki, indiyə kimi Cənubi Afrikada 3 953 nəfər koronavirusa yoluxub, onlardan 75-i ölüb.

Xəbər lenti