Türkiyədə bu gün 3122 nəfər koronavirusa yoluxub - 3246-ı sağalıb

DÜNYA
20:42
24 Aprel 2020
70

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 104 914 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə daha 109 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 600-ə çatıb. Həmçinin bu gün 3 246, ümumilikdə isə 21 737 xəstə COVİD-19-a qalib gəlib.

Məlumata görə, bu gün 38 351 test keçirilib və koronavirusa yoluxma faktı 3 122 nəfər artaraq 104 912 olub.

Xəbər lenti