Moskvada daha 37 nəfər koronavirusdan öldü

DÜNYA
14:10
24 Aprel 2020
70

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 5 849 nəfər artaraq, 68 min 622-yə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Məlumata əsasən, son 24 saatda pandemiyadan 677 nəfər sağalıb, 60 xəstə həyatını itirib. Yeni yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Gün ərzində ölənlərdən 37 nəfəri Moskva sakindir.

Qeyd edək ki, ümumilikdə, Rusiyada virusdan ölənlərin sayı 615 nəfər, sağalanların sayı 5 568 nəfərdir.

Xəbər lenti