Moskvada koronavirusdan daha 37 nəfər öldü

DÜNYA
01:20
24 Aprel 2020
34

Rusiyanın paytaxtı Moskvada bu gün daha 37 nəfər yeni növ koronavirusun qurbanı olub.

Sabah.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, bununla da Moksvada koronavirusdan ölənlərin sayı 325 nəfərə çatıb. Dünyasını dəyişənlər 37-86 yaşlı xəstələrdir. Onların əksəriyyətində digər xəstəliklər də olub.

Xəbər lenti