Dünyada COVİD-19-a yoluxanların sayı 2,5 milyonu ötdü
Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 2,5 milyonu keçib.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, dünyada indiyədək COVİD-19-a yoluxanların sayı 2 544 792 nəfərə çatıb, 175 mindən çox şəxs pandemiyanın qurbanı olub. Bu gün dünya üzrə 73 657 yeni yoluxma, 6 689 isə ölüm halı qeydə alınıb.
Ən çox infeksiyaya ən çox yoluxanların Avropada olduğu bildirilib (1 251 458).
Daha çox