Dünyada koronavirusdan sağalanların sayı 700 mini keçdi, 180 min insan ölüb
Dünyada 700 mindən çox insan koronavirusdan sağalıb, 180 mindən çox insan ölüb.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, dünyada koronavirus aşkarlanan insanların sayı 2 603 147 nəfərdir, onlardan 701 426-sı müalicə olunaraq sağalıb. 180 784 insan isə pandemiyanın qurbanı olub.
Daha çox