FTX geyimində azərbaycanlı iş adamına qarşı quldurluq edənlər tutuldu
Rusiyanın Tixvin şəhərində 2012-2014-cü illərdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəmzlərini istifadə etməklə iş adamlarına qarşı quldurluqlar törətmiş dəstənin üzvü olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Sabah.az “Report”a istinadən xəbər verir ki, dəstənin qalan üzvləri hələ 2018-ci ildə məhkum olunublar.
Dəstənin yeni tutulan 34 və 31 yaşlı bu iki üzvünün 2014-cü ildə FTX rəmzləri olan geyimdə Azərbaycandan olan bir iş adamına hücum edərək üstündə “istintaq komitəsi” yazısı olan mikroavtobusa salaraq onun 1,5 milyon ABŞ dollarını nəğd şəkildə əlindən aldıqları güman olunur.
Bəziləri əvvəllər hüquq mühafizə orqanlarında və mühafizə şirkətlərində çalışmış dəstə üzvləri quldurluq, mütəşəkkil dəstə yaratmaq, adam oğurluğu, qəsb, qanunsuz silah dövriyyəsi maddələri ilə təqsirli biliniblər.
Daha çox