Türkiyədə bu günün COVİD-19 statistikası - 117 ölü, 1559 sağalma

DÜNYA
21:20
22 Aprel 2020
93

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 2 376 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, son 24 saatda ölkədə daha 117 nəfərin COVİD-19-dan ölməsilə qurbanların ümumi sayı 2 376-ya çatıb.

O bildirib ki, bu gün 37 535 test keçirilib və koronavirusa yoluxma faktı 3 083 nəfər artaraq 98 674 olub. Bu gün 1 559, ümumilikdə isə 16 477 xəstə sözügedən virusa qalib gəlib.

Xəbər lenti