Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatdı

DÜNYA
19:58
22 Aprel 2020
86

Gürcüstanda yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 416-ya çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, indiyə kimi COVİD-19-a yoluxanlardan ümumilikdə 5 nəfər vəfat edib, 107-i sağalıb.

Qeyd olunub ki, hazırda Gürcüstanda koronavirusa görə 5160 nəfər karantində saxlanılır.

Xəbər lenti