Dünyada COVİD-19-a yoluxanların sayı 2,4 milyona çatır

DÜNYA
00:43
22 Aprel 2020
78

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkar olunan insanların sayı 2,4 milyona çatır.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

Bildirilib ki, dünyada COVİD-19-a yoluxanların sayı 2 397 216 nəfərə çatıb, 162 mindən çox insan bu səbəbdən ölüb. Son sutka ərzində dünyada 83 000 yeni yoluxma və 5 109 ölüm hadisəsi baş verib.

Koronavirusa ən çox yoluxma faktı isə Avropada (1 187 184 nəfər) qeydə alınıb.

Xəbər lenti