Leş yeyənlər Nyu-Yorka axın etdi - Koronavirusdan ölənlərə görə+Foto
Koronavirusa yoluxanlar və ölənlərin sayına görə dünyada birinci yerdə qərarlaşan Amerika Birləşmiş Ştatlarına (ABŞ) leş yeyən quzğunlar axın edib.
Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, ölkədə COVİD-19-dan ölüm hallarının 42 mini keçməsindən sonra Nyu-York səmalarında bu quşların kütləvi artımı müşahidə olunub. Cəsəd qoxusunu 1.5 kilometrdən ala bilən şəhərin simvolu olan abidələrin ətrafında uçmağa başlayıblar.
Bildirilir ki, meyit üçün tibbi kisələrin bitməsi səbəbindən morq çalışanları ölən şəxsləri adi parçaya bükərək daşımağa başlayıblar. Buna görə də ölkədə koronavirusdan ölüm hadisələrinin ən çox qeydə alındığı Nyu-Yorka quzğunlar axışıb.
Daha çox