Türkiyədə koronavirusdan 119 nəfər öldü, 1488-i sağalıb
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 2 259 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda ölkədə daha 119 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 259-a çatıb.
Nazirin sözlərinə görə, bu gün 39 429 test keçirilib və koronavirusa yoluxma faktı 4 611 nəfər artaraq 95 591 olub. Həmçinin bu gün 1 488, ümumilikdə isə 14 918 xəstə COVİD-19-a qalib gəlib.
Daha çox