Dünyada koronavirusdan ölənlərin sayı 170 mini ötdü
Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 170 mini keçib.
Sabah.az "Worldometer"ə istinadən xəbər verir ki, indiyədək dünyada bu pandemiyadan dünyasını dəyişənlərin sayı 170 min 96-ya, yoluxma faktlarının sayı isə 2 milyon 471 minə çatıb.
Bildirilib ki, COVİD-19 səbəbindən ən çox ölüm hadisəsinin yaşandığı ölkə 42 201 nəfərlə ABŞ-dır. Ondan sonra isə İtaliya (24 114),İspaniya (20 852), Fransa (20 265), İngiltərə (16 509), Belçika (5 828), İran (5 209), Çin (4 632) və Almaniya (4 706) gəlir.
Daha çox