Moskvada daha 29 nəfər koronavirusdan öldü

DÜNYA
00:58
21 Aprel 2020
85

Rusiyanın paytaxtı Moskvada daha 29 nəfər koronavirusdan dünyasını dəyişib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahından məlumat verilib.

Bildirilib ki, ölənlər 31-94 yaş aralığında olan şəxslərdir. Onlarda başqa xəstəliklər də olub.

Qeyd olunub ki, bununla da Moskvada koronavirus qurbanlarının ümumi sayı 233 nəfərə çatıb.

Xəbər lenti