Türkiyədə koronavirusdan ölənlərin sayı 2 mini ötdü

DÜNYA
21:36
20 Aprel 2020
101

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 90 980 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə daha 123 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 140-a çatıb. Həmçinin bu gün 1 454, ümumilikdə isə 13 430 xəstə COVİD-19-a qalib gəlib.

Məlumata görə, bu gün 39 703 test keçirilib və koronavirusa yoluxma faktı 4 674 nəfər artaraq 90 980 olub.

Xəbər lenti