Gürcüstanda karantin zonasında 50-yə yaxın şəxs zəhərləndi
Gürcüstanın Batumi şəhərində mehmanxanaların birində yaradılan karantin zonasında qidadan kütləvi zəhərlənmə baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, iki gün öncə qeydə alınan hadisə nəticəsində 50-yə yaxın insan zəhərlənib.
Həmin şəxslərdən ikisi klinikaya çatdırılıb, digərlərinin vəziyyəti isə ağır olmayıb. Onların hamısı karantin zonasına qaytarılıb.
Zəhərlənməyə hansı qida məhsulunun səbəb olduğu hələ məlum deyil.
Faktla bağlı Acarıstanın Milli Qida Agentliyində araşdırma aparılır.
Daha çox