İranda koronavirusla bağlı son statistika
İranda son sutka ərzində daha 91 nəfər koronovirusdan ölüb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, 24 saatda pandemiyaya yoluxanların sayı 1 294 nəfər artaraq 83 min 505-ə çatıb. Virus daşıyıcılarından 3 389 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məlumatda 59 min 273 nəfərin COVID-19-dan sağaldığı bildirilib.
Qeyd edək ki, İranda koronavirus diaqnozu ilə bağlı 353 mindən çox test aparılıb.
Daha çox