Bu universitetdə yeni ixtisas üzrə magistratura proqramı yaradıldı

SƏHİYYƏ
12:08
11 Fevral 2020
56

Azərbaycan Tibb Universiteti (ATU) “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edib.

ATU-dan Sabah.az-a verilən məlumata görə, 2 illik magistratura proqramı açılır. Proqram Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunacaq.

Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq.

Xəbər lenti