Kanadada silahlı insident - 16 nəfər öldü
Kanadanın Yeni Şotlandiya əyalətində silahlı insident baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Kanada Kral Süvari Polisinin (RCMP) direktoru Brenda Laki məlumat verib.
Onun sözlərinə görə, 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində aralarında əməkdaşlarının da olduğu 16 nəfərə həyatını itirib.
Hadisənin terrorla əlaqəli olmadığını bildirən Laki, hücumun baş verdiyi bölgədə axtarış-xilasetmə işlərinin və istintaqın davam etdiyini, ölənlərin sayının daha da artacağını bildirib.
Daha çox