Dünyada koronavirusa yoluxanların sayı - 2,16 milyonu keçdi

DÜNYA
23:40
18 Aprel 2020
75

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 2,16 milyonu keçib, 146 mindən çox insan ölüb.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

Bildirilib ki, son məlumatlara görə, dünyada 2 160 207 yoluxma hadisəsi qeydə alınıb, 146 088 nəfər ölüb. Son 24 saat ərzində dünyada yoluxmuş insanların sayı 85 678, qurbanların sayı 6 710 nəfər artıb.

Koronavirusa yoluxma hallarının çoxu hələ də Avropada (1.086.889) qeydə alınıb.

Xəbər lenti