Türkiyədə COVİD-19 qurbanlarının sayı 1890-a çatdı - 10453 nəfər sağalıb
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 890 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazirin sözlərinə görə, son 24 saatda ölkədə daha 121 nəfərin COVİD-19-dan ölməsilə qurbanların ümumi sayı 1890-a çatıb.
O bildirib ki, bu gün 40 520 test keçirilib və koronavirusa yoluxma faktı 3 780 nəfər artaraq 82 329 olub. Bu gün 1 822, ümumilikdə isə 10 453 xəstə sözügedən virusa qalib gəlib.
Daha çox