Türkiyədə 107 yaşlı qadın koronavirusa qalib gəldi

DÜNYA
19:37
18 Aprel 2020
88

Türkiyədə yeni növ koronavirusa yoluxan 107 yaşlı qadın sağalıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Havahan Karadeniz adlı xanım dünyada koronavirusa qalib gələn ən yaşlı qadınlardan biri olub.

Bildirilib ki, qadın aprelin 7-də şiddətli öskürək və yüksək hərarət şikayətləri ilə İstanbulda xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi müsbət çıxıb. Bir həftə sonra Karadeniz xəstəxanadan buraxılıb.

Həkimlərin dediyinə görə güclü bir immunitet sistemi qadına kömək edib. O, indi evində 14 günlük karantindədir.

Xəbər lenti