Metroda koronavirus zarafatı edən gənc tutuldu - Video

DÜNYA
11:12
11 Fevral 2020
722

Rusiyada bir gənc metroda yerə yıxılaraq, titrəməyə başlayıb. Sərnişinlər qorxaraq gəncin yanından uzaqlaşıblar.

Sabah.az xəbər verir ki, hadisədən sonra həmin anların videogörüntülərini sosial mediada paylaşan gəncin koronavirus zarafatı etdiyi məlum olub.

Polis tərəfindən nəzarətə götürülən Aleksey Popov xuliqanlıqda ittiham edilib. O, heç kimin maska taxmadığına diqqət çəkmək üçün belə bir hərəkət etdiyini deyərək özünü müdafiə edib.

Xəbər lenti